İqtisadiyyat

İnvestisiya üçün ən cəlbedici valyutalar açıqlanıb - TOP-3

28 Sentyabr 2020 17:18
Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Goldman Sachs" bankı investisiya yatırmaq üçün inkişaf etməkdə olan ölkələrin ən cəlbedici valyutalarını açıqlayıb.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, ən cəlbedici valyutaların ilk üçlüyünə Rusiya rublu, Meksika pesosu və Cənubi Afrika randı daxil olub. İnvestisiya bankına görə, sözügedən valyutalar lazımı səviyyədə qiymətləndirilmədiyindən onlar gəlirli hesab olunur.

Bankın strateqləri qeyd edir ki, risklərin hələ də üstünlük təşkil etdiyi və ABŞ dollarının çox hərəkətli olduğu mühitdə yüksək gəlirli aktivlərlə məşğul olmaq hələ tezdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.