İqtisadiyyat

Azərbaycan vətəndaşları Türkiyədə 546 daşınmaz əmlak alıblar

17 Avqust 2020 19:59
Baxış: 1 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 546 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 77 obyekt azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2020-ci ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 115 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin iyul ayından 23 obyekt çoxdur.

2020-ci ilin iyul ayında Türkiyədə 229,357 min əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 124,3 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.