İqtisadiyyat

"Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini həyata keçirəcək - VİDEO - FOTO

4 May 2022 19:02
Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda inşa olunan "Ro-Pax" tipli "Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini Bakı Limanından həyata keçirəcək.

Limandan bildirilib ki, hazırda Bakı Limanında gəminin yüklənməsi operativ şəkildə həyata keçirilir. İlk səfərini Qazaxıstanın Kurik limanına edəcək gəmi-bərə vasitəsilə 37 (TIR), 1 yük maşını, 20 minik maşınının daşınması nəzərdə tutulur. Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu ilin aprelin 28-də istifadəyə verilən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus gəmini otuz nəfərlik heyət üzvü idarə edir və bu gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.