İqtisadiyyat

Gürcüstandan Azərbaycana ötən ay 2 390 avtomobil gətirilib

22 Fevral 2022 14:24
0 Şərh     Baxış: 1 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvarında Gürcüstandan Azərbaycana 21 804,44 min ABŞ dolları dəyərində 2 390 avtomobil gətirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilir ki, ixrac edilən avtomobillərin dəyəri illik müqayisədə 7 628,18 min dollar və ya 54%, sayı isə 361 vahid və ya 18% artıb. Belə ki, 2021-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana 14 176,26 min dollar dəyərində 2 029 avtomobil ixrac edilib.

Hesabata əsasən, bu ilin yanvarında Gürcüstan ümumilikdə 80 236,6 min dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 46,8% çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.