Mədəniyyət

"Xanımımla bir-birimizi yola vermişik” - Rasim Balayev

24 Aprel 2021 13:14
Baxış: 1 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Rasim Balayev şəxsi həyatı ilə bağlı maraqlı faktlar açıqlayıb. "Açıq söhbət" verilişinin qonağı olan sənətkar cavan vaxtı bütün həyatını kinoya həsr etdiyi üçün ailəsinə lazımınca vaxt ayırmadığını etiraf edib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Balayev hər il yay fəslini çəkiliş meydançasında keçirdiyini bildirib: "Filmlər əsasən yayda çəkilirdi. Buna görə də yayda həmişə kamera qarşısında olurdum. Bəzən dağlıq ərazilərdə, bəzən də qumsal çöllərdə çəkilişlərimiz olurdu. Şərait yaxşı olmadığı üçün uşaqları özümlə apara bilmirdim. Mən iş başında, onlar isə Bakıda olurdu".

Aktyor deyib ki, hamı kimi onun da ailəsi enişli-yoxuşlu yollardan keçib: "kaş, cavan olaydım, amma indiki ağla sahib olaydım. Belə olsaydı, bəzi səhvləri buraxmazdım. İş qrafikim gərgin olduğu üçün söz-söhbət bizim ailədən də yan keçəməyib. Amma xanımımla bir-birimizi yola vermişik. Yoxsa, 51 il eyni damın altında yaşaya bilməzdik".

Rasim Balayev aparıcının "kişi arvadı eşitməlidirmi?" sualına özünəməxsus tərzdə cavab verib: "Rübdə bir dəfə eşitmək olar". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.