İstilik mövsümünə hazırlıq nə yerdədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İstilik mövsümü üçün hazırlıq planlı və mərhələli şəkildə aparılır".
Milli.Az xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
Ölkədə payız-qış mövsümünə hazırlıq işləri mövsüm başa çatan kimi başlayır və növbəti mövsümədək davam edir. Bu mərhələdə balansda olan avadanlıqların texniki vəziyyəti yoxlanılır, xətlər sınaqdan keçirilir və ehtiyac olduğu halda yenilənir.
Onun sözlərinə görə, hər il 80 mindən çox avadanlıq sazlama prosesindən keçir, 1000 kilometrdən artıq magistral xətt isə dəfələrlə təzyiq sınaqlarına cəlb olunur. Onun sözlərinə görə, qəza və sızıntı olan sahələrdə operativ şəkildə təmir-bərpa işləri aparılır:
"Hazırda da hazırlıq prosesi intensiv davam edir. Zərurət olduqda xətlər tam yenilənir və sistem maksimal dayanıqlığa gətirilir.
Rəsmi açıqlamasında Elvin Basqallı istiliklə bağlı şikayətlərin əsas səbəbinə də toxunub. O qeyd edib ki, yaranan problemlərin təxminən 80%-i bina və mənzil daxilində olan sistemlərdən qaynaqlanır. Bizim məsuliyyət zonamıza qazanxanalar, magistral, məhəllədaxili xətlər və binanın zirzəmisinə qədər olan infrastruktur daxildir. Daxili sistemlərlə bağlı məsuliyyət bina balans saxlayıcısı və mənzil sahiblərinə məxsusdur. Lakin sosial məsuliyyət çərçivəsində hər zaman texniki dəstək göstərməyə hazırıq".
ASC rəsmisi həmçinin enerji səmərəliliyi istiqamətində görülən işlərdən danışıb:
"Ötən il 5, bu il isə 7 köhnə qazanxana sökülərək müasir tələblərə uyğun yeni qazanxanalar tikilir. Bu yeni sistemlər enerji itkilərini azaldır və istilik keyfiyyətini xeyli artırır. Ölkə üzrə bütün qazanxanalar eyni təsdiqlənmiş qrafiklə çalışır və regionlar arasında istilik təminatında fərq yoxdur. Köhnə sistemli qazanxanalarda müəyyən fərqlər müşahidə oluna bilsə də, ümumi standart eynidir".
Yeni abonentlərin qoşulması ilə bağlı məsələlərə də aydınlıq gətirən Elvin Basqallı bildirib ki, texniki imkan daxilində yeni binaların da sistemə inteqrasiyası mümkündür: "Yeni qazanxanaların tikintisi zamanı ətraf binalardan çoxsaylı müraciətlər daxil olur. Əgər istilik mənbəyi yaxınlıqda yerləşirsə, qoşulma prosesini operativ şəkildə həyata keçiririk".
Asya Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
5 günlük tətil başlayır
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
XƏBƏR LENTİ
-
Sumqayıtda yol çökdü - (Video)
-
Tələbələri fotoları ilə şantaj edən şəxs saxlanılıb - (Video)
-
İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini buna görə işdən azad olunur
-
Aleksey Kaşuk “Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi - Müsahibə
-
Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Özcan Deniz Park Cinemaya gəlir!
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)





