Texnologiya

"WhatsApp"da yeni təhlükə - Nömrə olmadan zəng etmək mümkün olacaq

4 Noyabr 2025 14:19
Baxış: 716
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"WhatsApp"ın çoxdan gözlənilən "istifadəçi adı" funksiyası ilə bağlı yeni detallar üzə çıxıb.

Milli.Az xəbər verir ki, bu yenilik sayəsində artıq telefon nömrəsinə ehtiyac olmadan, sadəcə istifadəçi adını yazaraq səsli və ya video zəng etmək mümkün olacaq.

"WABetaInfo"nun məlumatına görə, iOS üçün tətbiqin son beta versiyasında bu xüsusiyyət sınaq mərhələsindədir. Beləliklə, istifadəçilər "Zənglər" bölməsindəki axtarış çubuğuna istənilən istifadəçi adını daxil etməklə həmin şəxsi tapa və birbaşa zəng edə biləcəklər.

Təhlükə nədən ibarətdir?

Əgər parametrlərdə bu funksiyanı deaktiv etməsəniz, adınızı bilən istənilən şəxs sizə zəng edə bilər. Bu, xüsusilə məxfilik baxımından risk yaradır. Mütəxəssislər "WhatsApp" istifadəçilərinə məxfilik parametrlərini diqqətlə tənzimləməyi tövsiyə edir.

Yeni sistemdə istifadəçi adlarını əlavə parol ilə qorumaq da mümkün olacaq. Yəni sizinlə əlaqə qurmaq istəyən şəxs, bu parolu bilmədən sizə zəng edə bilməyəcək. Bu isə daha çox gizlilik istəyənlər üçün əlavə təhlükəsizlik təbəqəsi yaradır.

İstifadəçi adları nə vaxt gələcək?

Funksiya hələ sınaq mərhələsindədir və rəsmi çıxış tarixi açıqlanmayıb. WhatsApp bildirib ki, istifadəçi adları tamamilə isteğe bağlı olacaq - yəni istəsəniz, nömrə ilə olduğu kimi istifadə etməyə davam edə bilərsiniz.

Mütəxəssislər xəbərdarlıq edir:

"Parametrləri vaxtında dəyişməyən istifadəçilər təsadüfi zənglərə məruz qala bilər. Bu səbəbdən, yeni funksiyanın aktivləşməsi ilə birlikdə gizlilik bölməsini diqqətlə yoxlamaq vacibdir."

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.