Ali məktəblər insana niyə əlavə dəyər qata bilmir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir dövrdə təhsil sistemində keyfiyyətli dəyişikliklərin həyata keçirilməsi yalnız dərsliyin və ya proqramın yenilənməsi ilə məhdudlaşmamalıdır.
Hələ də bir sıra ali məktəblərdə sinif otaqları, parta düzümü və tədris metodları eynilə orta məktəb sistemini xatırladır. Azərbaycanda orta məktəblərlə ali təhsil müəssisələri arasında fərqin getdikcə itməsi, hətta universitetlərin də məktəb mühitindən çox da fərqlənməməsi insanlarda narahatlıq doğurur. Həmçinin bu, tələbələrin universitetdən gözlədiyi fərqli mühitin formalaşmasına mane olur.
Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri Milli.Az-a açıqlamasında bildirib ki, hazırda orta ümumtəhsil müəssisələri ilə ali təhsil müəssisələri arasında yalnız məzmun deyil, forma baxımından da ciddi oxşarlıqlar mövcuddur və bu, narahatlıq doğurmalıdır.
Onun sözlərinə görə, bizi ən çox narahat edən məsələ orta məktəb və universitet arasında məzmunun demək olar ki, eyni qalmasıdır:
"Fənlərin tədris mexanizmi, müəllimlərin dərs keçmə tərzi, yanaşma modeli orta məktəbi xatırladır. Təbii ki, bütün universitetlər haqqında eyni fikri demək olmaz. Ölkədə 5-6 universitet var ki, orada həm məzmun, həm də forma baxımından daha müasir tədris sistemi tətbiq olunur. Amma əksər ali məktəblərdə hələ də klassik sinif otaqları, partalar, lövhələr, müəllimlərin dərs keçmə mexanizmi məktəblə eynidir".
Ekspert bildirib ki, bəzi çevrələr bu məsələni ciddi qəbul etməsə də, bu, sadə məsələ yox, ciddi problemdir:
"Bəziləri deyə bilər ki, "sinif otağı, parta hansı problemə səbəb ola bilər? Qabardırsınız" Amma mən deyirəm ki, bu çox ciddi məsələdir. Çünki yeni məzmun yeni forma tələb edir. Əgər forma dəyişmirsə, məzmun da köhnə olaraq qalır. Dünyada artıq orta məktəblərdə belə ənənəvi sinif otaqları ləğv olunur. Söhbət yalnız partadan getmir. Süni intellekt əsrində klassik sinif otağının qalması göstərir ki, biz təkcə formaca yox, düşüncə etibarilə də geridə qalırıq".
Elmin Nuri qeyd edib ki, bu gün bir çox tələbə universitetə qədəm qoyarkən fərqli bir atmosfer görəcəyini düşünür, lakin eyni mühitlə üzləşir:
"Abituriyent universitetə daxil olanda yeni düşüncə, yaradıcı mühit, sərbəstlik gözləyir. Amma yenə məktəbdəki kimi partalar, eyni tədris tərzi ilə qarşılaşır. Klassik sinif otaqları artıq orta məktəbdə belə qalmamalıdır".
Ekspert əlavə edib ki, məzmun və forma paralel şəkildə inkişaf etmədikcə, təhsil sistemi yenilənə bilməz:
"Bəli, yaxşı müəllim istənilən şəraitdə fərqli dərs keçə bilər. Amma sistem dəyişməlidir. Forma köhnə qaldıqca məzmunun yenilənməsi mümkünsüzdür. Dünya təhsil sistemi yeni dizayna, interaktiv auditoriyalara keçir, biz isə hələ də keçmişin sinif modelindən çıxa bilmirik".
Mina Mikayılova
Milli.Az
XƏBƏR LENTİ
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova





