Mədəniyyət

İncəsənət Müsabiqəsi “Payız Əfsanələri 2025” uğurla baş tutdu - VİDEO - FOTO

3 Noyabr 2025 18:59
Baxış: 318
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının tərəfdaşlığı ilə parlaq və genişmiqyaslı "Payız Əfsanələri 2025" İncəsənət Müsabiqəsi keçirildi.

Tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutdu və ölkəmizin müxtəlif bölgələrindən olan iştirakçılarla yanaşı, tamaşaçılar tərəfindən də böyük maraqla qarşılandı.

Artıq səkkizinci ildir ki, təşkil olunan "Payız Əfsanələri" layihəsi yenidən gənc və istedadlı ifaçılara böyük səhnədə özlərini göstərmək imkanı yaratdı.
İştirakçılar incəsənətin müxtəlif sahələrində - rəqs, folklor, klassika və estrada janrlarında yüksək səviyyədə çıxışlar nümayiş etdirdilər.

Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və layihənin təsisçisi Əziz Əzizov qeyd edib ki, müsabiqə ildən-ilə daha geniş və ruhlandırıcı hal alır:

"Biz səhnəyə çıxmaqdan və özlərini göstərməkdən çəkinməyən istedadlı uşaqların və gənclərin artdığını görməkdən çox şadıq. Onların səmimiyyəti və enerjisi incəsənəti həqiqətən canlı edir."

Münsiflər heyəti - ölkəmizin tanınmış və əməkdar incəsənət xadimləri, xalq artistlərindən ibarət olmuşdur.

Qiymətləndirmə nəticəsində qaliblər müxtəlif nominasiyalar üzrə müəyyən edilib, diplom, medal və xüsusi hədiyyələrlə təltif olunublar.

Bu tədbir iştirakçılara payız mövsümünə yeni güc, ideya və motivasiya ilə başlamaq üçün ruh verdi.

Təşkilatçılar bütün iştirakçılara, müəllimlərə, valideynlərə və layihəni dəstəkləyən tərəfdaşlara dərin minnətdarlıqlarını bildiriblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.