Mənim tərəfimdən Türkiyə Prezidentinin Ermənistana səfərinin mümkünlüyünü şərh etmək düzgün olmazdı. Yalnız onu deyim ki, mən onu rəsmi dəvət etmişəm.
Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan ümid edir ki, bu dəvət qəbul olunacaq.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentlərinin gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmələri üçün İrəvana dəvət olunduqlarını deyib.
Türkiyə Prezident Administrasiyasından isə bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı ilə bağlı hələlik konkretlik yoxdur.
Fidan
Milli.Az
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        




        
                