Amnistiya düşən tanınmış şəxslər - Onlar da əfv olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin qəbul etdiyi Amnistiya aktının icrası həyata keçirilib.
Milli.Az xəbər verir ki, bu, ən böyük Amnistiya aktı hesab olunur. 20 min məhkuma şamil olunacaq sənədə əsasən, 5 minə yaxın şəxs həbs cəzalarından tam azad ediləcək.
Həmçinin azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzası 6 ay azaldılacaq.
Qalan hissə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan və azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilənlərə aiddir.
Qeyd edək ki, qəbul edilən amnistiya aktı bir sıra məşhur şəxslərə də şamil olunub.

Amnistiya aktına əsasən, qayınanasının qətlini gizlətməkdə təqsirli bilinərək həbs edilən Ağcabədi rayon sakini Əfsanə Məmmədova azadlığa buraxılıb. Ə.Məmmədova ARB televiziyasında yayımlanan "Səni axtarıram" verilişində qayınanasının qətlə yetirildiyini etiraf etdikdən sonra hadisədə iştirakının müəyyənləşdirilməsi ilə barəsində cinayət işi açılaraq həbs olunmuşdu.

Amnistiya aktı Novxanı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi törədərək 4 nəfərin ölümünə səbəb olan iş adamı, "Əlincə" futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil edilib. 2021-ci ilin iyun ayında onun sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover" markalı avtomobil "Daewoo Damas"la toqquşmuş, nəticədə avtomobilin sürücüsü və üç sərnişini həlak olmuşdu. Sonradan ölən şəxslərin hüquqi varisləri ilə barışıq əldə olunub.

Bundan başqa, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə korrupsiya ittihamı ilə məhkum edilmiş keçmiş müavin Gültəkin Sadıqova da amnistiya əsasında azadlığa buraxılıb. O, son hökmə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Amnistiya aktı müğənni Dəniz Əsədovaya da tətbiq olunub. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilən müğənni cəzasının bitməsinə 22 gün qalmış azadlığa buraxılıb. D.Əsədova açıqlamasında dövlət başçısına humanist qərara görə təşəkkür edib. Dəniz Əsədova xüsusi ittiham qaydasında verilən şikayət əsasında ümumilikdə 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Yenidən sədr və müavin oldular
XƏBƏR LENTİ
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər
-
İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub
-
"Sabah"ın bu mövsümdə ilk məğlubiyyəti
-
Hidayət Heydərov bürünc medal qazandı





