Amerika

Trampın səhhətində problem yaranıb?

22 Dekabr 2025 18:12
Baxış: 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın təyyarədən enişi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun pilləkənləri adi haldan daha ehtiyatla və ləng enməsi bəzi tərəfdarları arasında səhhəti ilə bağlı suallar yaradıb.

Milli.Az xəbər verir ki "Daily Beast" nəşri bu barədə "Amerikanı yenidən möhtəşəm edək" hərəkatının fəalı Pol Villarealın "X" platformasında paylaşdığı videoya istinad edib. Videoda Trampın enişdən əvvəl sağ ayağına bir neçə dəfə əlini vurduğu, daha sonra tutacaqlardan yapışaraq pillələri yavaş-yavaş düşdüyü görünür.

Nəşrin yazdığına görə, məhz bu görüntülər fonunda respublikaçının sağlamlıq durumu ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Təyyarədən endikdən sonra Tramp mühafizəçilərinin müşayiəti ilə avtomobilə əyləşib. Kadrlarda onun əlində içki olduğu da diqqət çəkir, bunun dietik kola olduğu ehtimal olunur.

Asya
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.