Sumqayıtda 900 abonentin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstehsal Sahəsindən (QİS) Milli.Az-a bildirilib ki, dekabrın 23-də şəhərin Yaşıl dərə yaşayış massivinin bir hissəsində yeni quraşdırılmış Şəhər Qaz Tənzimləyici Məntəqəsinin (ŞQTM) mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti dayandırılacaq.
Aparılacaq işlərlə əlaqədar ərazidə yerləşən ümumilikdə 900 abonentin qazla təminatında fasilə yaranacaq. Qaz təchizatı işlər başa çatdırıldıqdan sonra bərpa ediləcək.
Qurum yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.
-------
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
"Təmir işləri ilə əlaqədar Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrinin, Mərkəzi və S.Əliyev küçələrinin, Binəqədi rayonunun DSK yolunun, Binəqədi və Biləcəri qəsəbələrinin bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.
Milli.Az





