İdman

"Klubun taktiki planlarını rəqib baş məşqçilərə ötürüb" - Türkiyədə şok qalmaqal

4 Noyabr 2025 11:35
Baxış: 901
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Antalyaspor" klubunun baş məşqçisi Erol Bulut komandada ciddi nizam-intizam pozuntusunun baş verdiyini açıqlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bulut ötən həftə Türkiyə Superliqasında "Başakşəhər"lə qarşılaşmadan əvvəl klub daxilindən rəhbərlik və taktiki məlumatların rəqibin baş məşqçisi Nuri Şahinə ötürüldüyünü iddia edib.

Mütəxəssis bildirib ki, oxşar hal noyabrın 3-də "Eyüpspor"la keçirilən səfər oyunu öncəsi də təkrarlanıb:

"Bütün taktiki planlarımız, topla necə oynayacağımız, hücum strategiyamız - hər şey "Eyüpspor"un baş məşqçisinə çatdırılıb. Klubun çörəyini yeyib xəyanət edənlər komandadan uzaqlaşdırılmalıdır. Onun kim olduğunu yaxın zamanda tapacağıq".

Xatırladaq ki, "Antalyaspor" ev oyununda "Başakşəhər"ə 0:4 hesabı ilə məğlub olub, "Eyüpspor"la səfər görüşündə isə 1:0 hesabı ilə qələbə qazanıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.