Mədəniyyət

Ehtiras və ahəng ritmində - ilk beynəlxalq Baku Tango Marathon keçirilib - FOTO

3 Noyabr 2025 20:15
Baxış: 475
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan paytaxtında ilk dəfə Baku Tango Marathon keçirilib - bu möhtəşəm tədbir dünyadan argentinalı tango sevərlərini bir araya gətirib. Təsirli musiqi, hərəkət və duyğular Dreamland Golf Club-un füsunkar məkanında birləşib.

Marafona 10-dan çox ölkədən iştirakçılar qatılıb - onların arasında Azərbaycan, Gürcüstan, Türkiyə, İtaliya, ABŞ və digər ölkələrin rəqqasları yer alıb. Rəqs bayramının ab-havası hələ tədbirdən bir gün öncə - Premium Park Hotel-də keçirilən enerjili pre-party milonga ilə başlayıb. Burada rəqqaslar ilk dəfə parketdə görüşərək böyük tango marafonunun ritmini hiss ediblər.

Tədbirin təşkilatçısı, Bakının ilk argentinalı tango məktəbi olan IN Tango-dur. Layihənin məqsədi şəhərin mədəni inkişafını dəstəkləmək, beynəlxalq əlaqələri genişləndirmək və Azərbaycanın adını dünya tango xəritəsində daha da tanıtmaqdır.

Üç gün ərzində qonaqlar ehtiras və improvizasiya ilə dolu gündüz və axşam milonqalarda - ənənəvi tango gecələrində iştirak ediblər. Musiqi ab-havasını Türkiyə, Gürcüstan, Argentina və Azərbaycandan gələn tango DJ-ləri yaradıb, hər anı isə türkiyəli fotoqraf Altuğ Güvendiren lentə alıb.

Bu marafon təkcə rəqs tədbiri deyil, həm də mədəni hadisə kimi dəyərləndirilir. O, Azərbaycanda sosial rəqslərə artan marağı vurğulayıb və mədəni turizmin, beynəlxalq dialoqun inkişafına yeni perspektivlər açıb. Baku Tango Marathon bir daha göstərdi ki, Bakı dünya rəqs sənətinin xəritəsində getdikcə daha önəmli yer tutur.

Təşkilatçılar artıq Baku Tango Marathon 2026-nın keçiriləcəyini təsdiqləyiblər. Gələn il daha çox iştirakçı və ölkə gözlənilir, tədbirin yüksək səviyyəsi və rahat formatı isə qorunacaq. Yeni marafonun tarixləri rəsmi platformalarda əlavə olaraq açıqlanacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.