Maraqlı

Televizoru belə silənlər diqqətli olsun: Ekrana zərər verə bilərsiniz

20 Dekabr 2025 23:05
Baxış: 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Televizor, kompüter və telefon kimi ekranların təmizlənməsi bir çox insan üçün çətin prosesə çevrilə bilər. Su damcıları, bezin buraxdığı izlərdən xilas olub ekranları düzgün və təhlükəsiz şəkildə təmizləmək mümkündürmü?

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, televizor ekranında çirk və tozun yığılmasının qarşısını almaq üçün onu həftədə ən azı bir dəfə təmizləmək məsləhətdir. Ekranın mütəmadi silinməsi təkcə cihazın ömrünü uzatmır, həm də daha aydın və keyfiyyətli görüntü əldə etməyə kömək edir. Toz, ləkə və barmaq izləri yalnız müntəzəm təmizliklə aradan qalxır.

Qabarıq ekranlı televizorların təmizlənməsi düz ekranlara oxşasa da, onların səthi bir qədər daha az həssasdır və hər zaman xüsusi ekran təmizləyicisinə ehtiyac olmaya bilər. Düz ekranlı televizorlarda isə kimyəvi maddələrdən çox az istifadə edilməlidir. Bu məqsədlə az miqdarda izopropil spirtlə distillə olunmuş suyun qarışığından və ya yalnız distillə olunmuş sudan istifadə etmək tövsiyə olunur.

Lazım olan vasitələr

  • İzopropil spirt
  • İlıq distillə olunmuş su
  • Mikrofiber parça

Bu vasitələr ekranı iz buraxmadan təmizləmək üçün kifayətdir.

Cihazı söndürün və ştepselini çıxarın

Televizoru təmizləməyə başlamazdan əvvəl onu söndürmək və şəbəkədən ayırmaq vacibdir. Bu addım xüsusilə düz ekranlı televizorlarda elektrik zərbəsi və texniki nasazlıq riskini azaltmaq baxımından önəmlidir.

Spirt məhlulunu hazırlayın

Bərabər miqdarda izopropil spirt və ilıq suyu qarışdıraraq təmizləyici məhlul əldə edin. İzopropil spirt ləkələrin daha effektiv şəkildə təmizlənməsinə kömək edir.

Ekranı silin

Hazırladığınız məhluldan az miqdarda mikrofiber parçaya tökün və ekranın bütün səthini, eləcə də alt və üst hissələrini yumşaq hərəkətlərlə silin. Təmizlik bitdikdən sonra televizoru yenidən qoşmazdan əvvəl ən azı 15 dəqiqə gözləmək tövsiyə olunur.

Əksər TV ekranlarında su istifadə etmək təhlükəsizdir, lakin həddindən artıq nəmlik zərər verə bilər. Bu səbəbdən suyu birbaşa ekrana püskürtmək əvəzinə, parça üzərinə azca səpərək silmək daha doğrudur. Ləkələrinin yaranmaması üçün distillə olunmuş suya üstünlük verilməlidir.

Televizor ekranları olduqca həssasdır və zərif münasibət tələb edir. Ekranı sərt silmək və ya bərk basmaq piksellərə zərər verə, cızıqlara və görüntü keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Buna görə də ekranı həmişə yumşaq toxunuşlarla və dairəvi hərəkətlərlə təmizləmək məsləhətdir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.