Şəkidə canavar hücumu nəticəsində xəsarət alan şəxlərin kimliyi bəlli olub:
1.Nazilə Qurbanova -1998
2.Sevinc Qurbanova - 1976
3.Gündüz Lətifov - 1973
4.Fariz Lətifov - 1998
5.Zaur Qurbanov - 2020
-----------
Şəki rayonunun Bideyiz kəndi ərazisində canavarın hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.
Milli.Az xəbər verir ki, hadisə dekabrın 20-si saat 23 radələrində baş verib. Kənd sakini olan müxtəlif yaş qruplarından 5 nəfərə canavar hücum edərək xəsarət yetirib.
Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Milli.Az





