Şəkidə canavarın hücumu nəticəsində 5 nəfər xəsarət alıb - YENİLƏNİB

21 Dekabr 2025 00:36

Şəkidə canavar hücumu nəticəsində xəsarət alan şəxlərin kimliyi bəlli olub:

1.Nazilə Qurbanova -1998
2.Sevinc Qurbanova - 1976
3.Gündüz Lətifov - 1973
4.Fariz Lətifov - 1998
5.Zaur Qurbanov - 2020
-----------

Şəki rayonunun Bideyiz kəndi ərazisində canavarın hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə dekabrın 20-si saat 23 radələrində baş verib. Kənd sakini olan müxtəlif yaş qruplarından 5 nəfərə canavar hücum edərək xəsarət yetirib.

Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az