Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələrdən danışarkən deyib.
Ekspert bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra hərbi xidmətlə bağlı bir sıra məsələlərə yenidən baxılması qaçılmaz idi:
"Biz ərazi bütövlüyümüzü təmin etdikdən sonra hərbi xidmət müddətinin azaldılması məsələsinə müraciət etməyə başlamışıq. Mən bu yanaşmanı müsbət qiymətləndirirəm və hesab edirəm ki, onsuz da biz buna gələcəyik. Bəziləri deyir ki, sülh müqaviləsi imzalanmayıb, bu necə olacaq? Mən düşünmürəm ki, burada narahatlıq üçün əsas var. Hərbi xidmət müddəti azaldılmalıdır".
Üzeyir Cəfərov qeyd edib ki, bu məsələdə qardaş Türkiyənin təcrübəsindən istifadə olunması və alternativ xidmət haqqında qanunun qəbul edilməsi vacibdir:
"Alternativ xidmət haqqında qanunun qəbulu həm Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikdir, həm də zərurətdir. Hərbi xidmətlə həyatını bağlamaq istəyənlər onsuz da bu sahədə qalırlar. Digər sahələrə - elmə, mədəniyyətə və ya fərqli istiqamətlərə üstünlük verən insanlar isə özlərini orada reallaşdırmalıdırlar".
Ekspert vurğulayıb ki, hərbi xidmət müddətinin azaldılması artıq ictimai sifarişdir və bu məsələ Milli Məclisin müvafiq komitələrində müzakirə olunur:
"İctimaiyyətdən gələn tələb var və deputatlar bunu Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsində müzakirə edirlər. Təbii ki, plenar iclasa çıxarılması üçün qoşun birləşmələrinin, güc strukturlarının, ictimaiyyət və QHT nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılmalıdır. Bu real mexanizmə çevriləcək".
Üzeyir Cəfərov əlavə edib ki, regionda və dünyada baş verən proseslər hərbi xidmət modelinə yenidən baxılmasını zəruri edir:
"Mövcud təhlükəsizlik mühiti hərbi xidmət müddətinin azaldılmasını zəruri edir. Sadəcə, hərbi xidmətin digər komponentləri elə qurulmalıdır ki, gələcəkdə regionda baş verə biləcək hadisələr ordunun hazırlığına mənfi təsir göstərməsin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
XƏBƏR LENTİ
-
Zeytun yağından istifadə zamanı edilən 4 əsas SƏHV
-
Həm arıqladır, həm sağlam saxlayır
-
Mükəmməliyyətçilik: Qüsursuzluq bir "maskalanma" forması kimi
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı





