Türkiyə

Göbələk yığaraq özünə ev, maşın və torpaq aldı - FOTO

18 May 2026 19:05
Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Konya vilayətində yaşayan 43 yaşlı Sait Alkış 25 ildir "dolaman" göbələyi toplayır.

Milli.Az xəbər verir ki, o, bildirib ki, illərdir topladığı göbələklərdən qazandığı gəlirlə avtomobil, ev və hətta torpaq alıb.

25 ildir göbələk toplayan Alkışın sözlərinə görə, digər toplayıcılar gündə ən çox 10 kiloqram göbələk tapa bildiyi halda, o orta hesabla 40 kiloqram məhsul yığa bilir. Bu il isə 4 dostu ilə birlikdə bir gündə 150 kiloqram göbələk topladıqlarını deyib.

2023-cü ildə morel göbələyinin kiloqram qiyməti 1500-1700 TL(55 AZN) arasında dəyişib.

Alkış bildirib ki, təcrübəsi sayəsində yeraltındakı göbələklərin yerini asanlıqla müəyyən edə bilir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.