“Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində “Dünya dillərində musiqi” adlı konsert keçirilib – FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dillər Universitetinin Akt zalında "Klassik Musiqi Zamanı" layihəsi çərçivəsində "Dünya dillərində musiqi" adlı konsert keçirilib.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin bədii rəhbərləri: layihənin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina, ADU-nun Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Diana Hüseynzadə və ADU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Səadət Qasımova olublar.
Tədbirin açılışında ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Jalə Qəribova və Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim Nərminə Quliyeva çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, müxtəlif xalqlar musiqi və dil vasitəsilə bir-birinə daha da yaxınlaşır və bu cür tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verir. Nərminə Quliyeva həmçinin qeyd edib ki, musiqi hər bir xalqın dilinin ifadə imkanlarını üzə çıxarır və musiqi intonasiyasının formalaşmasına təsir göstərir. Layihənin bədii rəhbəri Alyona İnyakina layihənin əsas məqsədinin müasir Azərbaycan gəncləri arasında klassik musiqi irsinin təbliği, eləcə də müxtəlif ölkələrin musiqi mədəniyyətləri ilə daha yaxından tanışlığın təşviqi olduğunu bildirib. Həmçinin vurğulanıb ki, "Klassik Musiqi Zamanı" layihəsi çərçivəsində keçirilən tədbir ilk dəfə olaraq Azərbaycan Dillər Universiteti ilə birgə təşkil olunub.
Tədbirin bədii hissəsi müxtəlif ölkələrin və tarixi dövrlərin yüksək klassik musiqi sənəti aləminə maraqlı bir səyahət təsiri bağışlayıb. Konsertdə Azərbaycan, Rusiya, İtaliya, Fransa, Almaniya, Avstriya, İngiltərə, İspaniya və ABŞ-ın musiqi mədəniyyətləri təqdim olunub.
Müxtəlif ölkələri və onların mədəniyyətlərini əks etdirən videomateriallar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin və Azərbaycan Dillər Universitetinin tələbələri tərəfindən dövlət dilində və orijinal dillərdə təqdim olunan şifahi mətnlərlə müşayiət edilib.
Müxtəlif xalqların musiqi mədəniyyətlərinin canlı təcəssümü beynəlxalq müsabiqələr laureatları - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Bakı Musiqi Akademiyasının konsertmeysterləri, Azərbaycan Respublikasının Əməkdar artisti Nigar Məlikova, Ülviyyə Əliyeva, Dilarə Kərimova, eləcə də BMA-nın İfaçılıq fakültəsinin tələbələri: Xalq artisti, professor Xuraman Qasımova, SSRİ Xalq artisti, professor Fidan Qasımova, Xalq artisti, professor Gülnaz İsmayılova, dosent Jalə Cəfərova, Əməkdar artisti İlham Nəzərov, Əməkdar artisti Fəridə Məmmədova sinfi təqdim etdiyi konsert proqramı olub.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbir tam anşlaqla keçib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində “Dünya dillərində musiqi” adlı konsert keçirilib – FOTO
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... - VİDEO
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
XƏBƏR LENTİ
-
Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur?- RƏSMİ AÇIQLAMA
-
Göbələk yığaraq özünə ev, maşın və torpaq aldı - FOTO
-
"İnstagram" "İnstants"ı işə saldı: Anidən FOTOlarınızı çəkir
-
Qızıl və gümüş investorları üçün riskli gün
-
WUF13-də Mexiko pavilyonunun açılışı olub - FOTO
-
"Barselona"nın futbolçusu əməliyyat olunacaq
-
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan-Türkiyə dostluq konserti təşkil olunub
-
Paşinyan müxalifəti hədələdi: “Sizi diz çökdürəcəyəm”
-
“Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində “Dünya dillərində musiqi” adlı konsert keçirilib – FOTO
-
4-cü dəfə ana olacaq
-
İran yeni təkliflərini ABŞ-a təqdim etdi
-
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
-
Elvin Hacıyevə yüksək vəzifə verildi
-
Liviya lideri WUF13-ün keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Koronavirusun yeni ştammı AŞKARLANDI
-
"Haqqıma girmisən, çörəyimə BAİS OLMUSAN"
-
"Beşiktaş" Sergen Yalçınla yollarını ayırdı
-
“Qarabağ”ın 3 potensial rəqibi BƏLLİDİR
-
Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib - FOTO
-
Azərbaycanlı aparıcının əri ilə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO
-
Xalq artisti Aygün Səmədzadə sevilən mahnıları ilə səhnədə
-
İrakli Kobaxidze: WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirəm
-
Türkiyədə 15 yaşlı qızın güllələnmiş halda meyiti TAPILDI - FOTO
-
İran DÇ-2026 ilə bağlı yekun qərarını AÇIQLADI





