Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əlamətdar gün 1950-ci ildən başlayaraq hər il mayın 9-da Avropa qitəsinə sülh gətirmək məqsədilə qeyd olunur. Bu günün Dövlət Uşaq Filarmoniyasında qeyd olunması heç də təsadüfi deyil. Çünki uşaqlar hər zaman sülhün, ümidin və sabahın ən saf simvolu olublar.
Tədbir Azərbaycan Dövlət Uşaq Filarmoniyası, Litva Respublikası sədrliyi ilə fəaliyyət göstərən EUNIC Cluster Azerbaijan və Bakıdakı Ukrayna Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Konsertin məqsədi gənc azərbaycanlı musiqiçilərin ifasında Avropa və Azərbaycan musiqi nümunələrini təqdim etməklə mədəniyyətlərarası dialoqu və yaradıcı əməkdaşlığı təşviq etməkdir.
Konsertdə giriş sözünü Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağızadə açaraq tədbirin əhəmiyyətindən, musiqinin xalqları birləşdirən gücündən və gənc istedadların beynəlxalq mədəni əlaqələrin inkişafındakı rolundan söz açıb. Çıxışının sonunda Ukraynada baş vermiş faciə ilə əlaqədar Ukrayna xalqına dərin hüznlə başsağlığı verib və həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kestutis Vaşkeleviçius çıxış edərək belə layihələrin ölkələr arasında dostluq, sülh və mədəni əməkdaşlıq ideyalarının formalaşmasında mühüm rol oynadığını qeyd edib. Çıxış üçün sonuncu söz isə Ukrayna səfirliyinin nümayəndəsi cənab Emir Rüstəmova verilib. O, tədbirin təşkilinə görə təşəkkürünü bildirərək Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb.
Avropa Gününə həsr olunmuş konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 14 istedadlı solisti çıxış edib. Gənc ifaçılar yüksək peşəkarlıq, səhnə mədəniyyəti və musiqiyə olan dərin sevgiləri ilə tamaşaçıların böyük rəğbətini qazanıblar. Onların hər biri səhnədə yalnız ifaçı kimi deyil, musiqinin hiss və duyğularını tamaşaçıya çatdıran əsl sənətçi kimi çıxış edib. Balaca musiqiçilərin özünəinamlı çıxışları, incə interpretasiyaları və əsərlərə fərdi yanaşmaları gecəyə xüsusi emosional ovqat bəxş edib.
Proqramda solistlər Azərbaycan və Avropa bəstəkarlarının maraqlı və tanınmış əsərlərini təqdim ediblər. Hər bir ifa tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanaraq gecəyə xüsusi rəng və unudulmaz ab-hava qatıb.
Konsertdə Frans Şubert, Frederik Şopen, Klod Debüssi, Feliks Mendelson kimi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarından Arif Məlikov, Vasif Adıgözəlov və Xəyyam Mirzəzadənin də əsərləri səsləndirilib. Gənc solistlərin ifasında səslənən bu əsərlər musiqinin sərhəd tanımayan gücünü bir daha nümayiş etdirərək müxtəlif mədəniyyətləri eyni səhnədə birləşdirib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
XƏBƏR LENTİ
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
İlə 510 milyon qazandı - Rekord
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə
-
Dua Lipanın 3 gün davam edəcək toyundan ilk FOTOlar
-
Sobadakı inadkar yağlara son
-
Lənkəranda ağır qəza - sürücü öldü FOTO
-
Aktrisanın vəzifəli nişanlısı həbs olundu
-
Faciədən döndü - Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
-
Günün qoroskopu: Bu gün sizin üçün çox asan olacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb - FOTO
-
Ölümündən 24 gün sonra atası da vəfat etdi
-
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci günü - FOTO
-
“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO





