“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli İncəsənət Muzeyində "Küləklər şəhərinin salnaməsi" XIX-XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan sərgi Bakı şəhərinin XIX əsrdən bu günədək keçdiyi tarixi, memarlıq və mədəni inkişaf yolunu təsviri sənət vasitəsilə təqdim edir.
Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq təşkil olunan sərgidə 80-dən çox rəngkarlıq, qrafika, həmçinim heykəltaraşlıq nümunəsi yer alır.
17-22 may tarixlərində paytaxtımızda baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sesiyası çərçivəsində açılan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından olan əsərlərlə yanaşı, müasir rəssamların təqdim etdikləri sənət nümunələri də nümayiş olunur.
Çoxsaylı ictimaiyyət nümayəndələrinin qatıldığı açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMİM-nin direktoru Şirin Məlikova, Xalq rəssamı Salhab Məmmədov çıxış ediblər. Çıxışlarda Bakı şəhərinin əsrlər boyu formalaşmış memarlıq simasının və zəngin mədəni mühitinin Azərbaycan təsviri sənətind xüsusi yer tutduğu vurğulanıb. Qeyd olunub ki, sərgidə təqdim olunan əsərlər paytaxtın tarixi yaddaşını, urbanistik transformasiyasını və müxtəlif dövrlərdəki estetik ruhunu bədii baxımdan əks etdirir. Çıxışçılar bildirib ki, layihə şəhərsalma, memarlıq və təsviri sənət arasında qarşılıqlı əlaqəni nümayiş etdirməklə yanaşı, Bakı şəhərinin keçmişi ilə müasir inkişafı arasında vizual dialoq yaradır.
Tədbirdə Əməkdar artist Nərgiz Kərimovanın ifasında beynəlxalq və respublika müsabiqələrinin laureatı Zümrüd Əlizadənin müşayiəti ilə Bakı haqqında unudulmaz mahnılar səsləndirilib.
Ekspozisiya klassik və müasir müəlliflərin yaradıcılıq nümunələrini bir araya gələrək şəhərin çoxqatlı simasını təqdim edir. Burada Bakı obrazı qədim İçərişəhərin daş küçələri və memarlıq abidələri, neft dövrünün sənaye panoramları, dəniz sahilinin romantik ovqatı və müasir urbanistik silueti ilə canlanır.
Sərgidə Əli bəy Hüseynzadə, Pyotr Vereşşagin, İvan Şeblıkin kimi sənətkarların tarixi Bakı təsvirlərindən başlayaraq Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya və digər görkəmli rəssamların əsərlərinə qədər uzanan geniş bədii panorama təqdim olunur. XX əsrin sonu - XXI əsrin əvvəllərinə aid əsərlərdə isə Bakının müstəqillik dövründə keçirdiyi sürətli dəyişikliklər, yeni memarlıq məkanı və müasir şəhər ritmi əksini tapır. Altay Sadıqzadə, Hüseyn Haqverdiyev, Müseyib Əmirov, İrina Eldarova, Anar Hüseynzadə və digər müasir rəssamların əsərləri bu yeni baxışın bədii ifadəsinə çevrilir.
Sərginin ekspozisiyası multimedia təqdimatı ilə də zənginləşdirilib. Azərbaycan Dövlət Film Fondunun təqdim etdiyi arxiv video kadrlar və sensorlu ekran (touchscreen) vasitəsilə nümayiş olunan foto materiallar tamaşaçılara müxtəlif dövrlərin Bakısını daha yaxından izləmək imkanı yaradır.
Sərgi 31 avqust 2026-cı il tarixinədək davam edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Bakıda qeyri-idman rəqsləri üzrə Azərbaycan çempionları müəyyənləşdi: Zəfərlə dolu mövsümün yekunları - FOTO
-
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar keçirilib - FOTO
-
Kamera və Orqan Musiqisi Zalında gənc pianoçu Şükran Cəfərovanın solo konserti böyük uğurla keçirilib - FOTO
-
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan Musiqisi Gecəsi keçirilib - FOTO
XƏBƏR LENTİ
-
37 ildir ziyarət edirdi: atasının məzarından başqasının qalıqları çıxdı
-
Piton ilanı qadını uddu
-
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: dərhal uzaqlaşdırın
-
“Onu konsertə dəvət etməmişdim”
-
Su içmək üçün ən doğru vaxtlar
-
Telefonun batareya ömrünü necə artıraq?
-
Aylar sonra oğluna qovuşdu - FOTO
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
-
İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
-
Hidayət Orucov vəfat edib
-
Tovuzda qəza oldu - Ölən var
-
Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO
-
Almaniyada II Dünya müharibəsindən qalmış özüyeriyən artilleriya qurğusu tapılıb
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian
-
İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq - Tramp
-
Şəhid anası vəfat etdi
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai





