Bakıda WUF13-ün ilk günü başa çatıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günü başa çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib və bu da WUF tarixində ən yüksək göstəricilərdən biri kimi dəyərləndirilir.
Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
Forumun ilk günündə WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı və nazirlərin dəyirmi masası kimi önəmli tədbirlər təşkil olunub.
Həmçinin, Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində rəsmi bayraq qaldırma mərasimi də keçirilib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb.
Bundan başqa, "Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyası" "Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması", "Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq" mövzusunda Biznes Assambleyası sessiyası, "Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik" mövzusunda yerli və regional hökumətlərin Ümumdünya Assambleyası, Şəhər Rifahı üçün Mənzil və Hamı üçün İmkanlar adlı və "Sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması üçün mənzil" mövzusunda sessiyalar təşkil edilib.
Açıqlama verən əcnəbi iştirakçılar Bakıda keçirilən WUF13-ün davamlı inkişaf, iqlim dəyişikliklərinin urban mühitə təsiri, müasir şəhər idarəçiliyi, rəqəmsal həllər, əlçatan yaşayış və ekoloji yanaşmalar cəhətdən dünya üçün bir nümunə ola biləcəyinə inandıqlarını açıqlayıblar.
Bakı Olimpiya Stadionunda addımbaşı düzülən könüllülər isə həm media, həm iştirakçılara operativ kömək göstəriblər.
Ümumdünya Şəhərsalma Forumunun ilk günündən fotoları təqdim edirik:
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır - UN-Habitat rəsmisi
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
Bakıda WUF13-ün ilk günü başa çatıb - FOTO
-
Hamilə qadınlara qətiyyən bunları demək OLMAZ
-
Ceylo makiyajsız belə GÖRÜNÜR – FOTO
-
Sürücülərin DİQQƏTİNƏ
XƏBƏR LENTİ
-
Makademya fındığı nədir? Faydaları nələrdir?
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb - FOTO
-
Bürcünə görə hansı ölkədə yaşamalısan? Astrologiyada yeni trend
-
Yox olmaq təhlükəsində olan peşələr bəlli oldu
-
Meyvələrdəki parlaq təbəqə nədir?
-
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
-
Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır - UN-Habitat rəsmisi
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
Bakıda WUF13-ün ilk günü başa çatıb - FOTO
-
Hamilə qadınlara qətiyyən bunları demək OLMAZ
-
ABŞ-nin mümkün hücumuna hazırlaşırlar
-
Britaniyada müəllimə şagirdlərin gözü qarşısında öldü
-
Oleksiy Kuleba Azərbaycana səfərə gəlib
-
Mavriki Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR
-
Ceylo makiyajsız belə GÖRÜNÜR – FOTO
-
Sürücülərin DİQQƏTİNƏ
-
Aqil Xəlilov işdən çıxarıldı
-
Namiq dəbdəbəli bağını nümayiş etdirdi - VİDEO
-
İlham Əliyev Aleksandar Vuçiç ilə görüşüb - VİDEO - FOTO
-
Mövlud Çavuşoğlunun güllələnən qardaşı vəfat etdi
-
Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik
-
Ərdoğan məşhur sənətçinin konsertini tribunadan İZLƏDİ - FOTO
-
Türkiyədə ATIŞMA: 2 polis şəhid oldu - FOTO





