İlham Əliyev Aleksandar Vuçiç ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlandı, bu səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulandı.
Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunuldu.
Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların mövcudluğu qeyd edildi.
Görüşdə xalqlarımızın yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın "Airserbia" şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunuldu.
Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Oleksiy Kuleba Azərbaycana səfərə gəlib
-
Mavriki Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
İlham Əliyev Aleksandar Vuçiç ilə görüşüb - FOTO
-
Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik
-
Prezident İlham Əliyev Suhail Al Mazroueini qəbul edib - FOTO
-
Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib - FOTO
XƏBƏR LENTİ
-
Meyvələrdəki parlaq təbəqə nədir?
-
Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır - UN-Habitat rəsmisi
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
Bakıda WUF13-ün ilk günü başa çatıb - FOTO
-
Hamilə qadınlara qətiyyən bunları demək OLMAZ
-
ABŞ-nin mümkün hücumuna hazırlaşırlar
-
Britaniyada müəllimə şagirdlərin gözü qarşısında öldü
-
Oleksiy Kuleba Azərbaycana səfərə gəlib
-
Mavriki Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR
-
Ceylo makiyajsız belə GÖRÜNÜR – FOTO
-
Sürücülərin DİQQƏTİNƏ
-
Aqil Xəlilov işdən çıxarıldı
-
Namiq dəbdəbəli bağını nümayiş etdirdi - VİDEO
-
İlham Əliyev Aleksandar Vuçiç ilə görüşüb - FOTO
-
Mövlud Çavuşoğlunun güllələnən qardaşı vəfat etdi
-
Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik
-
Ərdoğan məşhur sənətçinin konsertini tribunadan İZLƏDİ - FOTO
-
Türkiyədə ATIŞMA: 2 polis şəhid oldu - FOTO
-
Prezident İlham Əliyev Suhail Al Mazroueini qəbul edib - FOTO
-
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
"Alya"nın toyu olacaq
-
Trampın Ağ Evlə bağlı təklifi rədd edildi
-
Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib - FOTO





