Trampın Ağ Evlə bağlı təklifi rədd edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Senatı Ağ Evin "Şərq qanadının modernləşdirilməsi" layihəsi çərçivəsində dövlət başçısı üçün yeni təhlükəsizlik tədbirlərinə bir milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməyib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
"Respublikaçılar Trampın milyard dollarlıq ziyafət zalının xərclərini vergiödəyicilərinin hesabına ödəməyə çalışdılar. Lakin Senatdakı demokratlar buna qarşı çıxaraq onların ilk cəhdini boşa çıxardılar", - deyə Senatdakı demokratların lideri Çak Şumer bildirib.
Qeyd olunub ki, qanun layihəsi Senatın Hüquq məsələləri üzrə komitəsi tərəfindən irəli sürülüb.
Sənədə əsasən, 1 milyard dollarlıq vəsait Ağ Evin Şərq qanadında ziyafət zalının birbaşa inşasına deyil, dövlət başçısının təhlükəsizliyinin təmin edilməsinə və digər mühafizə tədbirlərinə yönəldilməli idi.
ABŞ Məxfi Xidmətinin rəhbəri Şon Karran qeyd edib ki, maliyyələşmə təsdiqlənərsə, 220 milyon dollar ziyafət zalının "gücləndirilməsinə" - gülləkeçirməz şüşələrin, dron və zəhərli maddələri aşkarlayan sistemlərin quraşdırılmasına sərf olunacaq.
Bundan əlavə, 180 milyon dollar Ağ Ev ziyarətçiləri üçün yeni yoxlama məntəqəsinin inşasına, 175 milyon dollar Məxfi Xidmət agentlərinin təliminə və mühafizə olunan şəxslərin qorunmasının gücləndirilməsinə, 150 milyon dollar bioloji silahlar və hava məkanına müdaxilə ilə mübarizəyə, 100 milyon dollar isə mühüm milli tədbirlər zamanı təhlükəsizliyin təminatına ayrılmalı idi.
Senatdakı respublikaçıların lideri Con Tunun sözlərinə görə, qanun layihəsi yenidən işlənmək üçün geri qaytarılıb.
Donald Tramp Ağ Evdə ziyafət zalı inşa etmək istəyini 2025-ci ilin fevralında açıqlamışdı. Şərq qanadında yerləşəcək bu zalın ABŞ prezidentinin şəxsi vəsaiti, həmçinin özəl şirkət və şəxslərin ianələri hesabına tikilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri 300 milyon dollar qiymətləndirilib.
Ağ Evin Şərq qanadının yenidən qurulmasına 2025-ci ildə başlanılıb və həmin ilin oktyabrında qanad sökülüb. Amerika liderinin sözlərinə görə, tikinti işləri özəl donorlar tərəfindən maliyyələşdirilir.
Bu ilin mart ayının sonlarında Tarixi İrsin Qorunması Milli Fondunun iddiası əsasında məhkəmə zalın tikintisinin dayandırılması barədə qərar qəbul edib. Tikinti işləri yalnız 2026-cı ilin aprelində yenidən bərpa olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə atışma: Ölən və yaralananlar var
-
Tramp iki okeanın adını dəyişməyi planlaşdırır
-
Rusiyada “Yandex”in bulud infrastrukturu dron hücumundan sonra sıradan çıxıb
-
Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını bildirib
-
Mavriki adası sahillərində yeni akula növü kəşf edildi
-
Özünü icarəyə verərək var-dövlət qazanır: qeyri-adi peşə
XƏBƏR LENTİ
-
Sabah yağış yağacaq - Proqnoz
-
"Vartolu" haqda film çəkiləcək
-
Azərbaycanda evlərdən qadın paltarları oğurlayan kişi həbs olundu
-
Beyləqanda ağır qəza - Ölən var
-
Türkiyədə atışma: Ölən və yaralananlar var
-
Goranboyda minik avtomobili aşıb, xəsarət alan var
-
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü
-
Şəmkirdə 18 yaşlı gənc qardaşı tərəfindən bıçaqlandı
-
Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəldi - (Yenilənib)
-
Tramp iki okeanın adını dəyişməyi planlaşdırır
-
Sumqayıtda kişi dəm qazından boğularaq öldü
-
"Leyla"nın aktrisası yeni serialda
-
Rusiyada “Yandex”in bulud infrastrukturu dron hücumundan sonra sıradan çıxıb
-
Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını bildirib
-
Göydələnlərin girişindəki fırlanan qapılar nə üçün lazımdır?
-
İspan alimləri qan hüceyrələrinin qocalmasını təyin edən süni intellekt yaradıblar
-
Bürclərin pul vərdişləri: qənaət etməyi hamı bacarmır
-
Rafinə olunmamış şəkərsiz səhər yeməyi: "Cinnamon roll" dadında yulaf resepti
-
Yeni televizor alanların etdiyi əsas səhv: "Demo Modu"nu dərhal söndürün
-
Mavriki adası sahillərində yeni akula növü kəşf edildi
-
Minlərlə insanın səhv cavab verdiyi həmin məşhur riyaziyyat sualı
-
Əti yenidən dondurmaq olar?
-
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - (Video)
-
Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış





