Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb - FOTO
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ali qonaq bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görüş əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.
Bolqarıstan Prezidenti hazırda dünyada müharibələrin və münaqişələrin olduğu bir şəraitdə aktual mövzuya həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsini böyük hadisə kimi qiymətləndirdi. Vurğuladı ki, Bolqarıstan bu tədbirdə dövlət başçısı, eyni zamanda, bu ölkənin 10-dan artıq müxtəlif bələdiyyələrinin rəhbərləri, həmçinin Şuşa şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərinin meri səviyyəsində təmsil olunur.
Qonaq Ümumdünya Şəhərsalma Forumunun sessiyasının dünyada bu sahə ilə bağlı aktual mövzuların müzakirə edildiyi mühüm platforma olduğunu deyərək, tədbirin ölkəmizdə təşkil edilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İliyana Yotova Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı, bu xüsusda "Həmrəylik Halqası" layihəsinin önəmini qeyd etdi. Mədəni və humanitar əlaqələrə toxunan Bolqarıstan Prezidenti Azərbaycanda bolqar dilinin tədrisini yüksək qiymətləndirdi. O, həmçinin Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi humanitar layihələri, Veliko Tırnovo ilə Şuşa şəhərinin qardaşlaşmasını və bu xüsusda orada Şuşa parkının salındığını qeyd etdi.
İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi.
Söhbət zamanı ölkələrimiz arasında səmərəli əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında möhkəmləndiyi vurğulandı, enerji, həmçinin elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə olundu.
Azərbaycanla Bolqarıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunuldu.
Dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi apardılar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
-
Ət sote hazırlayarkən əvvəlcə ət, yoxsa soğan qovrulmalıdır?
-
Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
Staşa Koşaraç Azərbaycana səfərə gəlib
-
Sadır Japarov Azərbaycana səfərə gəlib
-
Makademya fındığı nədir? Faydaları nələrdir?
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb - FOTO
-
Bürcünə görə hansı ölkədə yaşamalısan? Astrologiyada yeni trend
-
Yox olmaq təhlükəsində olan peşələr bəlli oldu
-
Meyvələrdəki parlaq təbəqə nədir?
-
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
-
Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır - UN-Habitat rəsmisi
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
Bakıda WUF13-ün ilk günü başa çatıb - FOTO
-
Hamilə qadınlara qətiyyən bunları demək OLMAZ
-
ABŞ-nin mümkün hücumuna hazırlaşırlar
-
Britaniyada müəllimə şagirdlərin gözü qarşısında öldü
-
Oleksiy Kuleba Azərbaycana səfərə gəlib
-
Mavriki Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR
-
Ceylo makiyajsız belə GÖRÜNÜR – FOTO
-
Sürücülərin DİQQƏTİNƏ
-
Aqil Xəlilov işdən çıxarıldı
-
Namiq dəbdəbəli bağını nümayiş etdirdi - VİDEO





