Ölkə

WUF13-də Mexiko pavilyonunun açılışı olub - FOTO

18 May 2026 18:38
Baxış: 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Urban Expo" zonasında Mexiko şəhər pavilyonunun açılışı baş tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə yerli və milli hakimiyyət orqanlarının nümayəndələri, Latın Amerikası və Karib hövzəsi ölkələrinin nümayəndə heyətləri, həmçinin beynəlxalq tərəfdaşlar iştirak ediblər.

Tədbir regional əməkdaşlığın gücləndirilməsi, eləcə də Mexiko şəhərinin 2028-ci ildə keçiriləcək WUF14-ə hazırlıq prosesinin təqdim olunması üçün platforma rolunu oynayır.

Pavilyonda dayanıqlı şəhər inkişafı, ictimai məkanlar, mobillik, inklüzivlik və insan yönümlü şəhər siyasəti ilə bağlı təşəbbüs və təcrübələr nümayiş etdirilir. Bununla yanaşı, region ölkələri arasında dialoq və qabaqcıl təcrübə mübadiləsi təşviq olunur.

Tədbirdə Latın Amerikası şəhərlərinin mənzil təminatı, bərabərsizlik və iqlim dayanıqlılığı kimi ümumi şəhər problemlərinin həllində roluna xüsusi diqqət yetirilib, WUF14-ə gedən yolda regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.