İdman

"Qarabağ" yeni mövsümün ilk transferini etdi - FOTO

18 May 2026 19:36
Baxış: 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026/27 mövsümünün transfer çalışmalarına start verən "Qarabağ" klubu ilk transferini gerçəkləşdirib.

Milli.Az kluba istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, klubda 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi "Omoniya" (Aradippou) olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada "Botoşani"də çıxış edib.

Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.