Siyasət

İrakli Kobaxidze: WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirəm

18 May 2026 16:41
Baxış: 256

Mənəvi, isti qonaqpərvərliyinə və olduqca önəmli qlobal tədbirlərdən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür etmək istəyirəm. Çünki bu, qlobal çağırışdır və iqlim dəyişikliyi, mənzillə bağlı olan problemlər, həmçinin sosial vəhdət məsələlərini müzakirə etmək imkanı yaradır.

Milli.Az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Liderlər Sammitində Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O qeyd edib ki, şəhər məkanlarının qorunması sabitliyin, rifahın, eyni zamanda, cəmiyyətlərin və növbəti nəsillərin dayanıqlılığını şərtləndirən amillərdən biridir. Məqsəd infrastrukturu genişləndirmək və keyfiyyəti yaxşılaşdırmaqla yanaşı, eyni zamanda, bunun dayanıqlı, davamlı, regional cəhətdən balanslı və vətəndaşların ehtiyacları üzərində qurulmasıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.