Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə fəal iştirakının daha bir mühüm göstəricisi kimi diqqət çəkir. COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 həm iştirakçı sayına, həm də müzakirə olunan məsələlərin əhatə dairəsinə görə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı rekord sayda iştirakçının Bakıya gəlməsini vurğulayaraq, Azərbaycanın artıq beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrildiyini bir daha diqqətə çatdırdı.
Milli.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi heç də təsadüfi seçim deyil:
"Son illərdə Azərbaycanın şəhərsalma siyasətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət beynəlxalq təşkilatların da diqqətini cəlb edib. Paytaxt Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür. Tarixi İçərişəhərin qorunması ilə yanaşı, şəhərin müasir memarlıq layihələri əsasında inkişaf etdirilməsi Azərbaycanın milli irsə münasibətinin göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu yanaşma ulu babalarımızdan gələn memarlıq ənənələrinin müasir baxışla birləşdirilməsinin nəticəsidir. Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma siyasətinin beynəlxalq auditoriyaya təqdim olunması da xüsusi əhəmiyyət daşıyır. UN-Habitat ilə birgə keçirilmiş Milli Şəhərsalma forumları, Ağdam, Zəngilan və Xankəndidə keçirilmiş tədbirlər Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi quruculuq modelinin mühüm elementidir. Uzun illər işğal nəticəsində dağıdılmış şəhərlərin müasir urbanizasiya prinsipləri əsasında yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, həm də milli yaddaşın və tarixi kimliyin bərpasıdır. Bu gün Azərbaycan şəhərsalma sahəsində yalnız region üçün deyil, daha geniş coğrafiya üçün nümunəvi təcrübə formalaşdırır. "Ağıllı şəhər" və "yaşıl enerji" konsepsiyalarının Qarabağ və Şərqi Zəngəzurda tətbiqi ölkənin gələcəyə hesablanmış inkişaf strategiyasını əks etdirir. Prezident İlham Əliyevin çıxışında növbəti nəsillər qarşısında məsuliyyət məsələsinə toxunması da təsadüfi deyildi. Tarixi və memarlıq irsinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Bütün bunlar göstərir ki, Azərbaycan yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də şəhərsalma və mədəni irsin qorunması sahəsində qlobal platformalarda söz sahibi olan ölkəyə çevrilir. WUF13 isə bu reallığın beynəlxalq miqyasda təsdiqi kimi qiymətləndirilə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şuşa və Trabzon qardaşlaşacaq
-
Mavriki prezidenti Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
-
Tramp ABŞ-nin ümumi dəyərini qiymətləndirdi
-
İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb - VİDEO
-
İlham Əliyev: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir
XƏBƏR LENTİ
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
Əhaliyə PİS XƏBƏR: Bu peşələri süni intellekt əvəz edir - TAM SİYAHI
-
Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür
-
Rusiyada təyyarə qəzaya uğradı
-
"Yarışlara qatılandan məni toylara ÇAĞIRMIRLAR"
-
Təqaüd və maaş artımı ilə bağlı VACİB XƏBƏR
-
Kursant yaşadığı mənzildə vəfat edib
-
Almaniyada yaşayış binasında partlayış: Dağıntılar altında qalanlar var
-
Bu BÜRClər pul içində üzəcək - Siyahı açıqlandı
-
ABŞ-də məscidə hücum: Ölənlər və yaralananlar var - VİDEO
-
Rusiya genişmiqyaslı nüvə təlimlərinə başladı
-
Qarabağa gedən yol bu rayonlarda torpağı BAHALAŞDIRDI
-
Bu il Şuşanın 2 kəndinə köç olacaq
-
Şuşa və Trabzon qardaşlaşacaq
-
Azərbaycanda oğul anasını traktorla vuraraq öldürdü
-
Xankəndiyə qatarla nə vaxt getmək mümkün olacaq?





