Münasibətlərdə "İç-içə keçmişlik" (Enmeshment) nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Münasibətlərdə, xüsusən də ailə daxilində sərhədlər qeyri-müəyyənləşdikdə, bu, boğucu bir vəziyyət yarada bilər. Psixologiyada fərdiliyin silindiyi və insanların bir-birinin emosional uzantısına çevrildiyi bu vəziyyət "iç-içə keçmişlik" (enmeshment) adlanır.
Milli.Az bu toksik dinamikanın detalları və ondan xilas olma yollarını təqdim edir:
İç-içə keçmişlik nədir?
İngilis dilində "enmeshment" olaraq bilinən bu anlayış, münasibətlərdə şəxsi sərhədlərin itməsini ifadə edir. Bu vəziyyətdə tərəflər bir-birinin duyğularını, qərarlarını və məsuliyyətlərini həddindən artıq mənimsəyirlər. İnsan artıq "mən nə hiss edirəm?" və "o nə hiss edir?" suallarını fərqləndirə bilmir.
Səbəbləri: Sərhədlərin öyrədilmədiyi ailə mühiti, valideynlərin öz emosional ehtiyaclarını uşağın üzərinə yükləməsi, itirmə qorxusu, tərk edilmə qayğısı və uşaqlıq travmaları.
Nümunə: Yetkin bir insanın başqa şəhərə köçmək və ya işini dəyişmək istəməsinə baxmayaraq, "anam üzülər" deyə bu qərarı daim təxirə salması və öz ehtiyaclarını anasının duyğularına qurban verməsi.
Bu vəziyyətdə yaşamaq insan psixologiyasında ciddi fəsadlar yaradır:
Daimi qayğı: Başqalarının duyğularını idarə etməyə çalışmaq zehni heç vaxt rahat buraxmır.
Kimlik qarışıqlığı: "Mən həqiqətən nə istəyirəm?" sualına cavab tapmaq çətinləşir; fərdin mənlik hissi qarşı tərəfin kimliyi ilə birləşir.
Günahkarlıq hissi: İnsan özü üçün nəsə etdikdə özünü pis və xəyanətkar kimi hiss edir.
Tükənmə: Daimi emosional "vermə" aktı ruhu yorur və tükənmə sindromuna yol açır.
Bu vəziyyətdən qurtulmaq üçün strategiyalar
Münasibətdə "başqasının bir hissəsi" kimi hiss etməkdən xilas olmaq mümkündür:
Mənlik duyğusunu fərqləndirmək: Hər gün özünüzə "Hazırda mən nə istəyirəm?" və "Bu gün mənim ehtiyaclarım nələrdir?" suallarını verin.
Kiçik sərhədlər qoymaq: Sərhəd çəkmək qarşı tərəfə nəyi edib-etməməli olduğunu xatırladan bir bələdçidir. Az-az başlayaraq "yox" deməyi məşq edin.
Günahkarlıq hissinə rəğmən davam etmək: Siz sərhəd qoyduqda qarşı tərəf köhnə sistemin bərpasını tələb edə bilər və bu sizdə günahkarlıq yarada bilər. Bu reaksiyanın normal olduğunu qəbul edin və geri addım atmayın.
Ehtiyacları görünən etmək: Maraq dairələrinizi, hədəflərinizi və istəklərinizi qarşı tərəfə dürüst şəkildə ifadə edin.
Əgər bu strategiyalar kömək etmirsə və problem köklü ailə travmalarına dayanırsa, mütəxəssis (psixoloq) dəstəyi almaq həyati əhəmiyyət kəsb edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Oktyabrda həyatı dəyişəcək dörd bürc - Yeni səhifə açılır
-
Masazırda 4 avtomobil yanıb kül oldu - (Yenilənib/Video)
-
Lahıc - daş küçələrin, qədim sənətkarlığın və tarix qoxulu evlərin ünvanı - FOTOlar
-
Bu iki paltarı heç vaxt bir yerdə yumayın
-
Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
-
Dişini fırçalamır, qolaltı spreydən istifadə etmir: Ulduzların qəribə vərdişləri
XƏBƏR LENTİ
-
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - (Foto)
-
Qarabağ Universitetinin müəllimi Nuranə Məmmədova hakim təyin olundu
-
Ronaldo millidən uzaqlaşdırıldı
-
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
-
"Benfika" "Fənərbaxça"nın 50 milyon avroluq təklifini rədd etdi
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto)
-
Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)
-
Dünya ulduzları Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir – Azerbaijan Dance Festival haqqında - (Video/Foto)
-
Qara Qarayevin “Yeddi Gözəl” baleti növbəti dəfə tamaşaçılara təqdim olundu - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar - (Foto)
-
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
-
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - (Foto)
-
Ermənistanda hərbçi odlu silah yarasından öldü
-
Cüdoçumuz finala yüksəldi
-
Kiyev metrosunda fövqəladə vəziyyət: Qatarlar hərəkətsiz qaldı
-
Qadını şantaj edən gənc həbs edildi
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
-
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
-
Salyanda qatar avtomobillə toqquşdu
-
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi
-
İsmayıllıda ev və köməkçi tikilidə yanğın





