Bu yaşa çatdınızsa, qocalma prosesi başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Stanford Universitetində aparılan genişmiqyaslı araşdırma insan orqanizminin qocalma prosesinin düşündüyümüz kimi tədricən deyil, müəyyən yaş dövrlərində kəskin şəkildə sürətləndiyini ortaya qoyub.
Milli.Az xəbər verir ki, tədqiqat nəticələrinə görə, insan bədəni, əsasən, 44 və 60 yaşlarında iki böyük "qocalma dalğası" yaşayır.
Araşdırmaya rəhbərlik edən genetika alimi Maykl Snayder və komandası müəyyən edib ki, molekulyar səviyyədə baş verən dəyişikliklər bu yaş dövrlərində nəzərəçarpacaq dərəcədə artır.
Bildirilir ki, hansı molekul qrupunun araşdırılmasından asılı olmayaraq, insan biologiyasında ən dramatik dəyişikliklər məhz bu mərhələlərdə müşahidə olunur.
Tədqiqat çərçivəsində yaşı 25-70 arasında dəyişən 108 nəfər uzun müddət müşahidə altında saxlanılıb. İştirakçılardan mütəmadi olaraq götürülən nümunələr əsasında RNT, zülallar, lipidlər və mikrobiom daxil olmaqla, 135 mindən çox bioloji xüsusiyyət analiz edilib.
Alimlər milyardlarla məlumat nöqtəsinin təhlili nəticəsində müəyyən ediblər ki, Alzheimer, ürək-damar xəstəlikləri və digər yaşla bağlı problemlərin riski zamanla yavaş şəkildə deyil, əsasən, bu iki kritik yaş mərhələsindən sonra kəskin artır.
Araşdırılan molekulların təxminən 81 faizində 44 və ya 60 yaş dövrlərində ciddi dəyişikliklərin baş verdiyi qeyd olunub.
Tədqiqat nəticələrinə görə, 44 yaş ətrafında lipid, kofein və spirt mübadiləsi ilə bağlı molekullarda, həmçinin dəri və əzələ toxumalarında ciddi dəyişikliklər müşahidə olunur.
Əvvəlcə alimlər bu prosesin qadınlarda menopauza ilə əlaqəli ola biləcəyini ehtimal etsələr də, sonradan kişilərdə də oxşar dəyişikliklərin baş verdiyi məlum olub. Bu isə hər iki cinsə təsir edən ümumi bioloji mexanizmlərin mövcudluğunu göstərir.
Araşdırmaya əsasən, ikinci böyük dəyişiklik dalğası təxminən 60 yaşda baş verir. Bu mərhələdə karbohidrat mübadiləsi, immun sisteminin fəaliyyəti və böyrək funksiyalarında ciddi dəyişikliklər qeydə alınır.
Qeyd edilir ki, əldə olunan nəticələr gələcəkdə yaşlanma ilə əlaqəli xəstəliklərin qarşısının alınması və daha effektiv müalicə üsullarının hazırlanması baxımından mühüm rol oynaya bilər./qafqazinfo
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bazar günü hava necə olacaq?
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
XƏBƏR LENTİ
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir





