Avto

Bu maşınlar ucuzlaşdı - 2,3 min fərq var - FOTO

20 Dekabr 2025 12:12
Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BYD Destroyer 05-lərin qiymətində 2-3 min manata yaxın endirim var.

Milli.Az xəbər verir ki, bəzi Çin avtomobillərinin qiymətində kəskin düşüş müşahidə olunur.

Bəzi sahibkarlar əsasən taksi üçün nəzərdə tutulan BYD Destroyer 05, Seal 05, Toyota Corolla ( Çin versiyası ) və Changan A05 və Q05 modellərinin qiymətlərində xeyli endirim ediblər.

Endirim səbəbləri kimi həm il sonu, həm də buraxılış kartı ilə bağlı olduğu deyiir. Taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.

Şərhlərdə bir müddət əvvəl maşını baha qiymətə almasına təəssüflənənlər olub.

Qeyd edək ki, sözügedən qiymət düşüşü təkcə bir şirkətə aid deyil, xeyli sahibkar avtomobilləri satmaq üçün endirim edib.

Ümumiyyətlə isə, gələn ildən Çin avtomobilləri bahalaşacaq. Lakin, bu bahalaşma onlara tələbatı azaldacaq. Artıq alıcılar alternativ olaraq daha dözümlü və daha etibarlı seçim kimi ənənəvi modellərə üstünlük verəcək.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.