1 ay qaldı - Alan udur, satan uduzur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Maşın bazarında durğunluq ayı başlayır. Elə bir vəziyyət yaranıb ki, qiymətlərin kəskin bahalaşmasına bir ay qalır. Bir aydan həm təzə, həm köhnə, dizel, benzin, hibrid və elektrik maşınların qiyməti artacaq. Gələn ildən maşın bazarında yeni dövr başlayır. Buna görə də, avtomobil sahibləri maşınlarını satmaq istəmir, alıcılar isə fürsəti dəyərləndirmək istəyir.
Bu artımın ilk səbəbi hibrid və elektrikli maşınlara tətbiq edilən güzəştlərin ilin sonunda başa çatmasıdır. Güzəştlərin bitməsi həmin maşınların xeyli bahalaşacağını deməyə əsas verir. İkinci səbəb isə idxal edilən avtomobillər üçün aksiz vergisinin hesablanma qaydasının dəyişməsidir. Bu dəyişiklik maşınların qiymətinə birbaşa təsir edəcək. Üçüncü və ən ciddi səbəb Çində qəbul edilən qərardır. Pekin artıq 2026-cı ildən etibarən yeni avtomobillərin ucuz qiymətlə alınıb dərhal ölkədən çıxarılmasının qarşısını alacaq. Heç bir böyük şirkət rəsmi icazə vermədən maşınların ixracına imkan tanımayacaq. Bununla da paralel idxal yolları faktiki olaraq bağlanacaq. Azərbaycana gələn yeni Çin avtomobillərinin böyük hissəsini gətirən qeyri rəsmi idxalçılar artıq bu işi əvvəlki kimi edə bilməyəcək. Əgər onlar maşın gətirmək istəsələr ya altı aydan çox sürülmüş köhnə avtomobillərlə kifayətlənməli olacaqlar ya da rəsmi icazə almağa çalışacaqlar ki bu da xərcləri daha da artıracaq.
Nəticədə bazara gələn Çin maşınlarının sayı azalacaq. Təklif azalanda qiymət artır. Bu da o deməkdir ki paralel idxal yolu ilə gətirilən ucuz maşınlar tədricən bazardan çəkiləcək. Rəsmi dilerlərin mövqeyi güclənəcək və insanlar yalnız zəmanətli avtomobillərə üstünlük verəcək. Beləliklə bahalaşma qaçılmaz olacaq.
Hazırkı durumda satıcılar gözləmə mövqeyinə keçib. Satıcılar hesab edir ki, bir aydan sonra qiymətlər kəskin qalxacaq və buna görə də indiki bazar dəyərindən aşağı satmaq istəmirlər. Alıcılar isə bilirlər ki bahalaşma qaçılmazdır və ona görə də mövcud qiymətlərlə avtomobil almağa can atırlar. Bu uyğunsuzluq bazarda vəziyyəti dəyişir və durğunluq günbəgün daha da hiss olunur. Yanvar həm avtomobil alıcıları üçün, həm də satıcılar üçün dönüş ayı olacaq. Alıcılar bu gün gördükləri qiymətləri gələn ay tapa bilməyəcəklər.
Bütün bu proseslər onu göstərir ki, maşın bazarında başlayan durğunluq qısa müddət sonra bahalaşma ilə əvəzlənəcək. Təklifin azalması, rəsmi qaydaların sərtləşməsi və paralel idxalın demək olar ki dayanması qiymətləri qaçılmaz şəkildə yüksəldəcək. Gələn ilə bir ay qalmış avtomobil alan da, satan da artıq bilir ki bazarda yeni dövr başlayır və bu dövrün əsas göstəricisi qiymət artımı olacaq.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı





