Möhtəşəm Azerbaijan Dance Festival çərçivəsində JW Marriott Absheron Baku otelində dünyanın ən yaxşı rəqs cütlüklərinin çıxış etdiyi unikal və parlaq gala-şou - "Night of the Dancing Diamonds" (Rəqs edən brilyantların gecəsi) keçirilib.
Gecənin kulminasiya anı Azərbaycanın Xalq artisti, əfsanəvi rəqqasə və xoreoqraf Təranə Muradovanın səhnəyə çıxışı olub. Bu möhtəşəm rəqs axşamı məhz onun yubileyinə həsr olunub.
Təranə Muradova öz müəllif quruluşunda müasir bal rəqsi elementlərini milli rəqs üslubu ilə zərif şəkildə birləşdirərək təqdim edib. Bu mədəniyyətlərin və üslubların sintezi səhnəni bir sehrli məkana çevirdi - burada ənənə ilə müasirlik, zərifliklə güc, Şərqlə Qərb qovuşurdu.
Tamaşada altıqat dünya çempionu, əməkdar idman ustası Eldar Cəfərov və dünya və Avropa çempionu, xoreoqraf-quruluşçu Denis Taqintsev iştirak ediblər. Sənətkarlar Azərbaycanın Xalq artisti Emin Ağalarovun musiqisi altında ağ-qara geyimdə səhnəyə çıxaraq plastik və ritm harmoniyasını yaratdılar.
Tamaşaçılar üçün bu gecə bir sənət kəşfi oldu. Təranə Muradova, uzun illər boyu Azərbaycanı milli və xalq rəqsləri ilə beynəlxalq arenada tanıdan sənətkar, bu dəfə müasir və dinamik rəqs ritmlərində tam yeni bir ampluada səhnəyə çıxdı. Hər bir addımı sənətə olan sevginin səmimi ifadəsinə çevrildi.
60 yaşlı Təranə Muradovanın bu möhtəşəm çıxışı bir daha sübut etdi ki, yaradıcılığın yaşı yoxdur. O, sanki səhnədə uçurdu - yüngül, parlaq, daxili işıqla dolu. Tamaşaçılar onun çıxışını ayaqüstə alqışlarla, güllərlə və səmimi sevgiləri ilə qarşıladılar. Bu, həqiqətən sehrli bir an idi! (videonu mətnin sonunda izləyə bilərsiniz).
Festivalın təşkilatçıları - Azərbaycan Rəqs Şurası (AZDC), onun rəhbəri, Azərbaycanın Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova və Smooth & Rhythm Dance Style (SRDS) şirkəti, qurumun təsisçisi və prezidenti Olqa Krasnyanskayanın rəhbərliyi ilə fəaliyyət göstərib.
Festival çərçivəsində bir neçə gün ərzində WDC AL World Championships, WDC European Championships, Pro-Am World Cups kimi nüfuzlu beynəlxalq yarışlar keçirilib. Yarışlarda Ballroom, Latin və Smooth kateqoriyalarında solo və cüt rəqqaslar - uşaqlardan və yeniyetmələrdən tutmuş böyüklər, peşəkarlar və Pro-Am iştirakçılarına qədər bütün yaş qrupları çıxış ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Təranə Muradovanın Azerbaijan Dance Festival çərçivəsində keçirilən “Night of the Dancing Diamonds” gecəsində möhtəşəm çıxışı - VİDEO - FOTO
3 Noyabr 2025 22:11
Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ilk dəfə Paqanini gecəsi keçiriləcək - VIDEO
-
Xalq Çalğı Alətləri Orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO
-
Qastrol proqramı çərçivəsində Gəncədə simfonik orkestrin konserti keçirilib - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” keçiriləcək
-
Əfsanəvi Elnur Məmmədov öldü - FOTOlar
-
“Elə vəziyyətdəyəm ki, onun qəbrini də ziyarət edə bilmirəm” - “Dəli Kür”ün Mələyi
XƏBƏR LENTİ
-
İran-ABŞ gərginliyi Dubay brendinə hansı zərbəni vurdu?
-
Varlanmaq üçün nə etməliyik? - AÇIQLANDI
-
Moped sahiblərinə yeni QAYDA - 26 martdan
-
Dünya bazarında Azərbaycan nefti 2,3 dollar düşdü
-
Bəzi bölgələrdə yağış və duman davam edir - FAKTİKİ HAVA
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
Qara dənizdə təhlükəli anlar: 140 min tonluq tanker vuruldu
-
Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
-
Hansı bürc harada aşiq olacaq? - Astroloji proqnoz
-
100 qramdan ağır qızılın ixracı MƏHDUDLAŞDIRILDI
-
Sızdırılan açıqlamalar istefaya səbəb oldu
-
USB yaddaş kartı istifadə edənlər bu səhvi edir
-
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
-
Ramazandan sonra necə qidalanmaq lazımdır?
-
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
-
Dünyanın ən yaşlı kişisi tapıldı: siqaret çəkir, kofe içir
-
13-cü əməliyyatdan sonra burnunu paylaşdı
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
Tiktoker Kübra öldü - FOTO
-
Egey dənizində güclü zəlzələ oldu
-
Millimiz Litvaya böyük hesabla uduzdu
-
"İran Xarq adasında ABŞ-yə qarşı əməliyyata hazırlaşır"
-
“Səndə o ürək var ki, nəyisə bölüşəsən?!” - Səidədən Zaura
-
D vitamininin ziyanı üzə çıxdı





