Cəmiyyət

"Evə saqqallı kişilər gəlirdi,17 illik ailəm bir ayda dağıldı" - VİDEO

4 Noyabr 2025 10:25
Baxış: 2 239
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı sakini ailəsində baş verən qalmaqallı hadisə ilə bağlı bloqer Nail Kəmərlinin "YouTube" kanalında yayımlanan verilişə müraciət edib.

Milli.Az xəbər verir ki, kişi 17 illik ailəsinin cəmi bir ay ərzində dağılmasından danışıb. Onun sözlərinə görə, həyat yoldaşı ərini və yeddi uşağını ataraq evi tərk edib.

Lakin kişi iddia edir ki, qadın bunu öz istəyilə etməyib. O bildirib ki, son aylarda evə tez-tez saqqallı şəxslər gəlib, həyat yoldaşını hədələyib və şantaj edib. Bu məlumatı onların övladları da təsdiqləyib.

Kişinin sözlərinə görə, həyat yoldaşını bu vəziyyətə salan əsas səbəb narkotiklə bağlı hadisələr olub. İddia edilir ki, o evdə tək olanda tanımadığı şəxslər gələrək qadına bağlı paketlər verib və onları saxlamasını tələb ediblər.

Uşaqlar isə analarının bu barədə heç kimə danışmamağı tapşırdığını söyləyiblər.

Hazırda hadisə ilə bağlı araşdırmalar aparıldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.