Azər Qismət: "Milli təhlükəsizliyə təhdid yaradan istənilən nəsnə ləğv edilməlidir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az yazıçı-jurnalist Azər Qismətin yazısını təqdim edir:
"Müxalifət" sözünün tərifində əsas vurğu belədir: Alternativ təklif edən bir qrup və ya insan qrupu.
Müxalifət nə etməlidir? Tənqid etməli, konsepsiya irəli sürməlidir.
Yarandığı gündən AXCP və Müsavat partiyalarının alternativ təklifləri olubmu? Heç vaxt olmayıb. Adıçəkilən partiyaların sədrləri bunu onlardan istəyənlərə yalnız bir ifadə ilə cavab veriblər:
"Biz yalnız hakimiyyətə gələndən sonra konepsiyamızı irəli sürəcəyik".
Lakin kifayət qədər ağıllı adamlar onların bu bəyanatı fonunda təlaşa düşüblər. Çünki bu hansısa idarəyə deyil, ölkəyə rəhbərliyin seçilməsi söhbətidir. Əgər həmin konsepsiya ölkənin milli təhlükəsizliyinə təhdid xarakteri daşıyarsa, təbiii ki, ölkənin gələcəyini düşünən şəxslər təlaşa düşə bilər.
Hər iki partiyanın bağlanması nəyə görə lazımdır? Əgər söhbət rüşvətxorluq və korrupsiya faktlarının qabardılmasından gedirsə, Azərbaycan Prezidentinin sərəncamı ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsi yaradılıb. Və bu günə qədər bu sahədə heç bir yüksək rütbəli şəxsə güzəşt edilməyib. Bu yaxınlarda daha bir əməliyyat nəticəsində daha bir rayonun icra hakimiyyətinin başçısı və məmurlar saxlanıldı.
Adıçəkilən partiyaların sədrləri sosial problemlərin qabardılması üçün lazımdırsa, onların əndişəsinə hacət yoxdur. Çünki sosial şəbəkə istifadəçiləri sosial problemləri qaldırırlar. İctimai nəqliyyatdan tutmuş kommunal problemlərə qədər. Üstəlik, dövlət başçısı özü dəfələrlə bildirib ki, adi sakinlər də bu işə nəzarət etməlidir.
Əgər məmur özbaşınalığını vurğulayırlarsa, bunu Prezident də dəfələrlə vurğulayıb və xəbərdarlıq edib. Üstəlik özbaşınalıq nümayiş etdirən, vətəndaşların şikayətlərinə laqeyd yanaşan məmurların vəzifədən uzaqlaşdırlması barədə sərəncamlar da imzalayıb.
Bəs, partiya sədrləri bizə harda lazım idi? Milli maraqlara və təhlükəsizliyə təhdid yarananda apadıqları siyasətdən tutmuş verdikləri bəyanatlara qədər dövlətin yanında olmalı, fəaliyyət planı paralel aparılmalı idi. Lakin nə gördük? 44 günlük müharibə vaxtı yalnız AXCP və Müsavat hökumətə dəstək nümayiş etdirmədi. AXCP sədri 44 günlük müharibədən əvvəl Azərbaycan ordusunun qələbə qazanmağa hazır, yaxud qadir olmadığını vurğulamaqla, haqq işinə zərbə vurmağa cəhd etdi, ümidsizlik yaratmaq istədi. No War-çıların bir ucu gedib həmin partiyalara çıxdı. Müharibə istəməmək birbaşa xaicdən, xüsusən Fransa tərəfindən gələn təlimatlara uyğun hazırlanırdı. Yaxud, bu illər ərzində nə vaxtsa görmüsünüzmü, ölkəmizə səfər edən beynəlxalq nümayəndələr qarşısında Xocalı soyqırımından tutmuş ümumilikdə Qarabağ münaqişəsinin həllinə qədər məsələ qaldırsınlar, bu işin ədalətli həlli üçün tələblər irəli sürsünlər? Heç vaxt olmayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərlik illərində, İlham Əliyevin prezidentliyi dönəmində də adıçəkilən partiyaların sədası Fransa, ABŞ səfirliklərindən çıxıb. Kəşfiyyatçı attaşelər nə qərar veribsə (təbii ki, hökumətlərinin tapşırığı ilə), üstündən neçə gün keçər-keçməz xüsusən bu iki partiyanın sədrləri yeni aksiyanın təşkili barədə anons veriblər. Aksiyaların təşkili hakimiyyətə güc nümayişi, yaxud ədalətli işindən geri çəkdirmək cəhdi idi. Bunun adı nədir? Xəyanətkarlıq, üstəlik milli təhlükəsziliyə təhdid. Çünki işğal altında olan torpaqların azad edilməsi birbaşa milli təhlükəsizlik məsələsi idi.
AXCP və Müsavat partiyalarının ləğvi ölkədə avtoritarizm anlamına gəlməməlidir. Ona qalsa, müxalifətin ideal hesab etdiyi demokratik ölkələrdə də milli təhlükəsizliyə təhdid yaradan şəxslər, yaxud partiyalar ləğv edilir. Əgər hər iki partiyanın fəaliyyəti qaranlıq və şübhəlidirsə, birbaşa xarici ölkələrin təhlükəsizlik orqanlarının təlimatlarına uyğundursa, sözsüz ki, bağlanmalıdır. Sağlam müxalifət yaranmalıdır: Xaricin təlimatları və tapşırıqları ilə oturub-durmayan, konsepsiya təklif edən, minlərlə face profil idarə edib təhqirlər yağdırmayan, öz sözünü sağlam tənqid üzərində quran partiyalar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mərdəkan şossesində qəza baş verdi, yolda sıxlıq yarandı
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
XƏBƏR LENTİ
-
Mərdəkan şossesində qəza baş verdi, yolda sıxlıq yarandı
-
Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı





