Mədəniyyət

Mikayıl Müşfiqin əmisi nəvəsi: "Onun qalıqlarını tapmaq üçün qardaşımdan nümunə götürdülər"

6 İyun 2024 12:59
Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqlarının üzərində DNT analizi aparılıb və həmin qalıqların ona aid olmadığı təsdiqlənib. Bu xəbər bizi məyus etdi. Ümid olmuşduq ki, qalıqlar onundur. Mikayıl Müşfiqin 110 illiyində qardaşımdan nümunə götürdülər. Hətta mən Müşfiqin bacısının məzarının açılmasına da razı idim. Onlara da demişdim ki, biz ailəsi olaraq buna etiraz etmirik. Bu dəfə də onun qalıqlarını tapıb yerbəyer edə bilmədik. Müşfiqin məzarı olmasa da, öz həyatını xalqın uğrunda qurban verdiyi üçün onun məzarı xalqın ürəyindədir. Dünən Bakıda Müşfiqin heykəlinin qarşısında idik. Sonra Xızıdakı ev muzeyinə gedib tədbirin ardını orada davam etdirdik".

Milli.Az bildirir ki, Bunu Moderator.az-a açıqlamasında Mikayıl Müşfiqin əmisi nəvəsi Reyhanə İsmayılzadə deyib.

O daha sonra bildirib ki, Müşfiqin Xızının Sayadlar kəndindəki ev muzeyində təmir işləri ləng gedir.

"Mədəniyyət Nazirliyinə müraciət etmişik, amma hələ heç bir cavab yoxdur. Bir dəfə çağırdılar bizi, getdik Xızıya. Nazirliyin region üzrə nümayəndəsi gəlib siyahı tutdu, yazdı. Yazdıqları da kağız üzərində qaldı. Heç bir iş getmir. Kənd camaatı muzeyə gedən yola beton plitələr yerləşdirib. Müəyyən şeylər var ki, onu adi insanlar, müşfiqsevərlər ediblər. Müşfiq bizim nəslin yox, bütün xalqın övladıdır. Onsuz da o həyatdan nakam getməyi ilə bizi üzüb, şairə biganə münasibət isə bu gün bizə heç xoş deyil", - deyə şairin qohumu bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.