Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Bir dəfə Mahnı Teatrında" adlı musiqili gecə keçirilib. Tədbir teatrın Estrada Simfonik Orkestrinin ifasında kino musiqisi nümunələri əsasında hazırlanmış ilk konsert olub. Konsert dünya kino musiqisinin 130 illiyinə həsr edilib.
Konsertin baş prodüseri Ülviyyə Bəbirli, layihə rəhbəri Hüseynağa Aslanov, quruluşçu rejissoru isə Təhminə Hümbətovadır. Orkestri dirijor Ellada Məmmədova idarə edib.
Proqramda Azərbaycan və dünya kino tarixinin məşhur filmlərinə yazılmış musiqilər səslənib. "Bir dəfə Mahnı Teatrında" layihəsi musiqi və kino sənətinin sintezini səhnədə nümayiş etdirərək, əsərləri teatrlaşmış şəkildə tamaşaçılara təqdim edib. Bu da gecəni izləyənlərə həm estetik zövq, həm də unudulmaz retro hisslər yaşadıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





