Mədəniyyət

Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası nümayiş olundu - FOTO

15 Noyabr 2025 19:31
Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında görkəmli italyan bəstəkarı Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası nümayiş olundu. 

Tamaşanın quruluşçu rejissoru ukraynalı Mikola Tretyak, rejissoru isə Hafiz Quliyevdir. Tamaşa Xalq artisti Fəxrəddin Kərimovun idarəsi altında təqdim olunub.

Operada baş rolları - Nemorino obrazını Əməkdar artist Fərid Əliyev, Adina obrazını isə ilk dəfə olaraq  Aydan Quliyeva canlandırırdı. Onların yaratdıqları obrazlar tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Həmçinin tamaşada Əməkdar artist Anton Ferştandt (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara), solist Nina Makarova (Janetta) öz partiyalarını yüksək peşəkarlıqla ifa etdilər. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında çıxış edən xor kollektivinin professional ifaları da tamaşaya özünəməxsus rəng qatdı.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.