Mədəniyyət

Kamal Abdulla haqqında bilmədiyiniz 10 fakt

4 Dekabr 2023 22:54
Baxış: 1 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 73 yaşı tamam olur.

Milli.Az Kult.az-a istinadən xalq yazıçısı ilə bağlı 10 maraqlı faktı təqdim edir:

1. Kamal Abdulla müstəqil Azərbaycan tarixində ilk şəxsdir ki, həm AMEA-nın həqiqi üzvü, həm də xalq yazıçısıdır.

2. Kamal Abdulla görkəmli dilçi və türkoloq alim, akademik Ağamusa Axundovun qayınıdır.

3. Kamal Abdullanın "Platon, deyəsən, xəstələnib..." hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - "Qızıl Delviq"ə layiq görülüb.

4. Kamal Abdulla həm də şairdir. Onun "Nar çiçəkləri" adlı şeir kitabı çap olunub.

5. Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Kamal Abdullanın həyat yoldaşı olub.

6. Kamal Abdulla Azərbaycanda ilk Tərcümə ensiklopediyasının hazırlayanı və redaktoru olub.

7. Kamal Abdulla 80-ci illərdə Azərbaycan Televiziyasında yayımlanan "Qoşma" verilişinin aparıcısı olub.

8. Kamal Abdulla həm də 1987-1989-cu illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş, akademik Yəhya Məmmədovun qayınıdır.

9. Kamal Abdulla 1988-1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədri olub. O, bu Fond vasitəsilə valideynlərini itirmiş fəal tələbələrə təqaüdlər verib.

10. Kamal Abdulla 32 yaşında filologiya elmləri doktoru elmi dərəcəsini alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.