Mədəniyyət

Nazir getdi, kuklaların taleyi necə olacaq? - Açıqlama

22 Dekabr 2022 20:02
Baxış: 1 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sərəncamla, Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

Qeyd edək ki, Anar Kərimovun adı mediada vəzifəyə gəldiyi gündən xoş olmayan şəkildə hallandı. Mədəniyyət Nazirliyinin son illər ərzində adı böyük korrupsiya qalmaqallarında çəkildi, lakin nazir bu vəziyyətə  bir əncam çəkə bilmədi. Noyabr ayında nazir müavini korrupsiya faktları ilə cinayət məsuliyyətinə cəlb edildi. 

Bu ilin iyul ayında Azərbaycan Dövlət Kukla teatrının rəhbəri Rəşad Əhmədzadə lent.az-a  müsahibə verərkən nazirliyin fəaliyyətini tənqid etdiyinə görə qalmaqal yaranmış, nazirlik Kukla Teatrında təcili və müddətsiz yoxlamalara başlamışdı. Yoxlamalar teatr işçiləri arasında böyük narazılığa səbəb olmuşdu, bildirilmişdi ki, komissiya üzvləri səlahiyyətlərini aşan şəkildə hərəkət edir. Teatr işçiləri bu münasibətlə mətbuat konfransı da təşkil etmişdi.

Anar Kərimovun işdən çıxarılması ilə əlaqədar Rəşad Əhmədzadə nə düşünür? Bu sualla onun özünə müraciət etdik.

"Məni əsas maraqlandıran məsələ teatrda  yoxlamaların davam etməsidir. Hələ ki, yoxlamaların bitməsinə dair əlimizdə akt yoxdur. Biz Azərbaycan mədəniyyətinə xidmət edirik. İnanıram ki, Kukla Teatrına münasibət normallaşar. Sabiq nazirə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Biz açıqlamamızı yoxlamanın nəticəsini göstərən akt əlimizə gələndən sonra verəcəyik"- deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.