Kriminal

Naftalan sakinlərində narkotik aşkarlanıb

28 Mart 2021 12:28
Baxış: 871
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Naftalan şəhər sakinlərində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ)  əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib. Onların üzərində şəxsi axtarış keçirilən zaman  P. Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0.284 qram, R. Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0.401 qram  narkotik vasitə olan  "heroin" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.