Kriminal

Bakıda əcnəbini qarət edənlər yaxalandılar

1 Fevral 2020 18:38
0 Şərh     Baxış: 5 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əcnəbi vətəndaşın pulqabısını açıq talama yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata əsasən, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 31-də saat 3 radələrində H.Z.Tağıyev küçəsində 2 nəfərin ondan içərisində 1800 ABŞ dolları olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

Qeyd edilir ki, dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Səttarzadə və V.Yusubov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Səbail RPİ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.