Kriminal

Külli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alındı

18 Dekabr 2019 17:29
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gömrükçülər Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla gətirilən, istifadəsi yüksək səs-küyə səbəb olan fişəng və pirotexniki vasitələrin realizə edilməsinin qarşısısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə dayanmış "Boqdan 21140-82" markalı nəqliyyat vasitəsinə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Yoxlama zamanı avtomobilin yük yerində, salonunda karton qutuların içərisində fişəng və pirotexniki vasitələr aşkarlanıb.

Sorğu-sual zamanı nəqliyyat vasitəsinin sürücüsü yaşadığı evində də fişəng və pirotexniki vasitələrin olduğunu bildirib. Baxış zamanı nəqliyyat vasitəsində və fərdi tikilinin anbar kimi istifadə olunan otaqlarının birində, ümumilikdə 671647 ədəd fişəng və pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.