Kriminal

Vətəndaşların bank kartlarından külli miqdarda pul oğurlandı

10 Aprel 2025 09:29
Baxış: 1 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir.

Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır: "Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar".

Bildirilib ki, aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla - 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat (39504 manat) və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - məlumatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.