Kriminal

Mətanət və Səbuhinin valideynləri danışdı: Toy albomundan şəkli götürüb... - VİDEO

17 Oktyabr 2025 21:27
Baxış: 1 628
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tovuzda qadın bıçaqlanaraq qətlə yetirilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, rayonun Əyyublu kəndində qeydə alınan hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

29 yaşlı Mətanət Hacızadəni həyat yoldaşı, 32 yaşlı Səbuhi Hacızadənin qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 10 ildir ailəli olan cütlüyün üç oğul övladı var. Səbuhinin ailə üzvləri onun hadisəni törətməzdən bir gün əvvəl xarici ölkələrdən birindən gəldiyini bildiriblər. Gələn gün də evdə uşaqların və həyat yoldaşının fotolarına baxaraq ağlayıb.

Qətlə yetirilən Mətanət Hacıyevanın ailə üzvləri və qohumları isə bildiriblər ki, cütlük arasında mübahisə tez-tez olurmuş. Həyat yoldaşı Səbuhinin xaricdə olmasına və mübahisələrə görə övladları ilə atasının evində yaşayırmış. 

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.