Ölkə

Bu həftə qısa iş günü olmayacaq

9 İyun 2020 19:14
Baxış: 2 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu həftənin cümə günündə dövlət müəssisələrində qısa iş günü olmayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bəzi müəssisələrdə iş şənbə günləri də adi qaydada olacaq: "Tövsiyə edirik ki, şənbə günlərində 65 yaşdan yuxarı vətəndaşlarımız evdən çıxmasınlar. Ötən dəfə dializ xəstələri ilə bağlı müəyyən problem yaranmışdı. Amma bu həftə tibb müəssisələrində şənbə günlərində adi rejim olduğundan dializ xəstələri də həmin gün dializ oluna biləcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.