Goranboy şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanvarın 30-da saat 18 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən 5 yaşlı Ayaz Salehovu vurub.
Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Milli.Az